İdman

Ronaldu Şevçenkonun rekordunu yenilədi

21 İyul 2020 14:58
Baxış: 2 450
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Turinin "Yuventus" futbol klubunun hücumçusu Kriştianu Ronaldu daha bir rekorda imza atıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, K.Ronaldu İtaliya çempionatının 34-cü turunda A Seriyasındakı 50 və 51-ci qollarını vurub. Bununla da o, İtaliya çempionatında 50 qol limitini ən tez keçən futbolçu kimi tarixə düşüb. Bunun üçün K.Ronalduya cəmi 61 oyun kifayət edib.

Portuqaliyalı bu göstərici ilə "Milan"ın əfsanəsi futbolçusu Andrey Şevçenkoya məxsus rekordu yeniləyib. A.Şevçenko 50 qol limitinə 69 qarşılaşmada çatmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.