İdman

"Erzurumspor" Türkiyə Superliqasına vəsiqəni təmin edib

20 İyul 2020 12:50
Baxış: 1 169
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Türkiyə Superliqasında 2020-2021-ci il mövsümündə mübarizə aparacaq daha bir komandanın adına aydınlıq gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 1-ci liqada çempion olan "Hatayspor"un ardından ikinci pilləni təmin edən "Erzurumspor" da elitaya yüksəlib.

Bu, 34-cü turda "Ümraniyəspor" üzərindəki 4:1 hesablı qələbədən sonra rəsmiləşib. Lider "Hatayspor" mövsümü 66 xalla zirvədə bitiribsə, "Erzurumspor" 62 xalla ikinci olub. Bu üzdən də sözügedən iki komanda Super Liqaya birbaşa vəsiqə qazanıb.

Sonrakı pillələrdə qərarlaşan "Adana Dəmirspor" (61), "Akhisarspor" (57), "Karagümrük" (56) və "Bursaspor" (56) isə elitaya sonuncu vəsiqə uğrunda pley-off qarşılaşmaları keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.