İdman

"Arsenal"ın finaldakı rəqibi bəlli oldu

19 İyul 2020 23:55
Baxış: 1 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə İngiltərə Federasiya Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, ilk oyun günündə "Arsenal" "Mançester Siti" ilə qarşılaşıb. London təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

Digər finalçının adına "Mançester Yunayted" - "Çelsi" görüşündə aydınlıq gəlib. Dörd qolun qeydə alındığı bu görüşdə isə qələbəni qonaqlar bayram ediblər.
 
Beləliklə, avqustun 1-də keçiriləcək final görüşündə iki paytaxt klubu - "Arsenal"la "Çelsi" üz-üzə gələcək.
 
İngiltərə Federasiya Kuboku
Yarımfinal
18 iyul
 
Arsenal - Mançester Siti 2:0
Qol: Obameyanq, 19; 71.
 
19 iyul
 
Mançester Yunayted - Çelsi 1:3
Qol: B.Fernandes, 85-pen - Jiru, 45+11. Maunt, 46. Maquayr, 74-öz qapısına. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.