İdman

"Bu oyunla "Napoli"ni keçməyəcəik" - Messidən etiraz

17 İyul 2020 11:20
Baxış: 1 617
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Belə bitəcəyini gözləmirdik, amma bu məğlubiyyət bütün mövsümü xarakterizə edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Barselona"nın kapitanı Lionel Messi La Liqanın 37-ci turunda evdə "Osasuna"ya uduzduqları oyundan (1:2) sonra deyib.

Argentinalı hücumçu İspaniya mətbuatına açıqlamasında komanda yoldaşlarını tənqid edib. O, göstərdikləri oyunla uğur qazanmağın çətin olduğunu bilidirib:  "Oyunumuzda aqressivlik çatmır. Bu qədər xal itirməməliydik. "Real" bizdən fərqli olaraq öz işini gördü. Fasilədən sonra xal itirmədilər. "Barselona" hər oyunda qalib gəlməyə borclu olsa da, bunu edə bilmədik.

Bu çıxış nəinki Çempionlar Liqası, heç La Liqada belə uğur qazanmağa bəs etmədi. Artıq Çempionlar Liqası haqqında düşünməliyik. Dəyişmək və inkişaf üçün vaxt var. Ancaq bu oyunla "Napoli"ni  keçməyəcəyik".

Qeyd edək ki, "Barselona" ÇL-nin 1/8 finalının ilk oyununda "Napoli" ilə səfərdə 1:1 hesablı heç-heçə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.