İdman

"Real" 34-cü dəfə İspaniya çempionu oldu

17 İyul 2020 08:12
Baxış: 1 466
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Madridin "Real" komandası vaxtından əvvəl futbol üzrə İspaniya çempionu oldu.

Milli.Az Trend-ə istinadən bildirir ki, 37-ci turun matçında komanda Kərim Benzemanın dublu sayəsində evdə "Villarreal"ı 2:1 hesabı ilə məğlub etdi və ikinci yerdə olan "Barselona" üçün əlçatmaz oldu.

"Real" mövsümün sonuna 1 tur qalmış 86 xal toplayıb, "Barselona"nın aktivində 79 xal var.

Kataloniya klubu paralel matçda "Osasuna"ya məğlub oldu (1:2).

Madridlilər 2016/17 mövsümündən bəri ilk dəfə çempion oldu. Bu titul "Real" Madrid üçün 34-cü olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.