İdman

"Qalatasaray" 4 ulduz futbolçusu ilə vidalaşmağı planlaşdırır

14 İyul 2020 12:20
Baxış: 1 608
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus pandemiyası səbəbindən dayandırılan Türkiyə Super Liqasının bərpasından sonra 8 oyundur qələbə qazana bilməyən "Qalatasaray" mövsümün sonunda heyətində təmizləmə işləri aparacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ciddi maliyyə problemi ilə üzləşən İstanbul təmsilçisi yüksək məbləğli oyunçularla vidalaşmağı planlaşdırır.

Baş məşqçi Fatih Terim artıq 4 oyunçunun yola salınmasına razılıq verib. Bunlar yarımmüdafiəçilər Yunes Belhanda, Rayan Babel və hücumçular Radamel Falkao ilə Mbaye Diandır. Falkao ilə Belhandanın karyerasını müvafiq olaraq ABŞ və Qətərdə davam etdirməsi gözlənilir. Babelin yenidən "Ayaks"a icarəyə verilməsi planlaşdırılırsa, "sarı-qırmızılılar" Dian üçün də təkliflər gözləyir.

Qeyd edək ki, "Qalatasaray" sona 2 tur qalmış 52 xalla Super Liqanın 5-ci pilləsində qərarlaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.