İdman

"Real" "Alavesi" məğlub etdi

11 İyul 2020 07:55
Baxış: 1 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə İspaniya çempionatının 35-ci turunda Madridin "Real"ı öz meydançasında "Alaves"ə 2:0 hesabı ilə qalib gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qolları 11-ci dəqiqədə penaltidən Kərim Benzema və 50-ci dəqiqədə Marko Asensio vurublar.

"Real" klubunun futbolçuları bununla 8-ci qələbəsini qazanırlar və "Barselona"nı 4 xal üstələyərək 80 xalla turnir cədvəlində liderdilər. "Alaves" komandası isə 35 xalla 17-ci yerdədir.

Növbəti turda Zineddin Zidanın yetirmələri iyulun 13-də "Qranada" ilə, "Alaves" isə "Hetafe" ilə görüşəcəklər.

Oyun gününün başqa matçında "Qranada" "Real Sosyedad"a 3:2 hesabı ilə qalib gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.