İdman

"Gənclərbirliyi" - "Fənərbağça" oyununda sülh

8 İyul 2020 09:11
0 Şərh     Baxış: 1 110
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Türkiyə çempionatının XXXI turunun birinci qarşılaşmasında "Fənərbağça" səfərdə "Gənclərbirliyi"nin qonağı olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, maraqlı keçən qarşılaşmada qalib müəyyənləşməyib. Tərəflərin hər biri oyunda bir dəfə fərqlənərək heç-heçə ediblər. "Fənərbağça"nın heyətində Əmrə Belözoğlu, meydan sahiblərinin heyətində isə Boqdan Stanku fərqlənib.

Türkiyə çempionatında hazırda "Başakşəhər" 63 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 61 xalla ikincidir. "Sivasspor" 54 xalla üçüncü, "Qalatasaray" klubu isə 52 xalla dördüncü pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.