İdman

"Milan" - "Yuventus" oyununda 6 qol vuruldu

8 İyul 2020 08:40
Baxış: 2 217
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə İtaliya çempionatının 31-ci turunda "Milan" futbolçuları öz meydançalarında "Yuventus"u məğlub edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyun 4:2 hesabı ilə başa çatıb.

Oyunun 62-ci dəqiqəsinə qədər "Yuventus" 2:0 hesabı ilə irəlidə idi: qolları 47-ci dəqiqədə Adrien Rabyo və 53-cü dəqiqədə Kriştianu Ronaldu vurublar. Bundan sonra "Milan"ın oyunçuları 4 qol vuraraq qələbə qazana biliblər: Zlatan İbrahimoviş (62-ci dəqiqə, penalti), Frank Kessye (66), Rafael Leau (67) və Ante Rebiç (80).

Hazırda "Milan" 49 xalla 5-ci, "Yuventus" isə 75 xalla birinci yerdədirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.