İdman

"Trabzonspor" "Qalatasaray"a qalib gəldi

6 İyul 2020 10:34
Baxış: 1 042
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Superliqasında 30-cu turun oyunları davam edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 3-cü matç günündə daha 3 görüş keçirilib. "Kasımpaşa" - "Sivasspor" qarşılaşmasında qol vurulmayıb. "Konyaspor" doğma meydanda "Rizəspor"a qalib gəlib - 1:0.

Günün son oyununda "Trabzonspor" "Qalatasaray"ın qonağı olub və rəqibini 3:1 hesabı ilə məğlub edib.

5 iyul

"Qalatasaray" - "Trabzonspor" - 1:3
Qollar: Sosa, 41-pen (0:1), Novak, 70 (0:2), Seri, 90+3-pen (1:2), Sorlot, 90+5 (1:3)
 
"Kasımpaşa" - "Sivasspor" - 0:0
 
"Konyaspor" - "Rizəspor" - 1:0
Qol: Miya, 90+5-pen
 
Qeyd edək ki turnir cədvəlinə 63 xalla "Başakşəhər" başçılıq edir. "Trabzonspor" 61 xalla 2-ci, "Sivasspor" 54 xalla 3-cü, "Qalatasaray" 52 xalla 4-cüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.