İdman

Messi “Barselona”dan gedir - Sensasiyalı iddia

3 İyul 2020 16:36
Baxış: 2 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın kapitanı Lionel Messi 2021-ci ildə klubu tərk etmək haqda düşünür.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sensasiyalı xəbəri "Cadena SER" yayıb.

Əvvəlcə argentinalı gələn il başa çatacaq müqavilənin uzadılması üçün klubla danışıqlar aparıb. Amma komandanın son vaxtlar uğursuz çıxışlarından sonra o, dəyişikliklər barədə düşünməyə başlayıb.

Messinin yaxın ətrafına "Barselona"dan getmək istədiyini dediyi bildirilir. İddia edilir ki, kapitan klub ətrafında gəzən söh-söhbətlərdən və həlledici anlarda özünün ön plana çıxırılmasından yorulub. Həmçinin o, komandanın daimi uğurları üçün layihənin hazırlanmamasından narazıdır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.