İdman

"Valensiya" klubu satışa çıxarılIb

2 İyul 2020 23:46
Baxış: 1 471
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Valensiya" klubunun səhmləri satışa çıxarılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, klubun sahibi Piter Lim bu qərara gəlib.

O, menecer Xorxe Mendezə yeni səhmdar axtarışı üçün göstəriş verib. Artıq 3 təklifin olduğu bildirilir. Həmin şəxslərin adları açıqlanmır, ancaq birinin "Valensiya" əfsanəsi, birinin sabiq baş məşqçi, birinin isə keçmiş prezident olduğu iddia edilir.

Qeyd edək ki, bu mövsüm "yarasalar"da əvvəlcə idman direktoru Sezar Sançes, daha sonra isə baş məşqçi Albert Selades istefa verib. Klub hazırda 46 xalla La Liqanın 10-cu pilləsində qərarlaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.