İdman

"Barselona"nın baş məşqçisi "Betis"ə qayıdır

30 İyun 2020 15:21
Baxış: 1 770
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın baş məşqçisi Kike Setyen Kataloniya klubundan ayrıldıqdan sonra işsiz qalmayacaq.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, "Betis" klubu sabiq çalışdırıcının xidmətində maraqlıdır.

"Barselona" mövsümü titulsuz başa vursa, rəhbərlik 61 yaşlı mütəxəssisi istefaya göndərəcək. Əgər bu baş verərsə, "Betis" yenidən Setyenə həvalə ediləcək. Ötən həftə Rubini postundan uzaqlaşdıran əndəlüs klubu müvəqqəti olaraq mövsümün sonuna qədər Aleksis Truxiloya tapşırılıb. "Betis"in baş məşqçi postuna digər namizədlər Manuel Pelleqrini, Marselino Qarsiya Toral və Xavi Qarsiyadır.

Qeyd edək ki, Kike Setyen "Betis"də keçirdiyi iki mövsümün ardından ötən ilin yayında komandadan ayrılıb və yanvarda "Barselona"nın baş məşqçisi təyin olunub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.