İdman

PSJ və "Liverpul"un sabiq forvardı karyerasını bitirdi

22 İyun 2020 07:41
0 Şərh     Baxış: 1 583
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın PSJ və İngiltərənin "Liverpul" klublarının sabiq hücumçusu David Nqoq futbolçu karyerasını başa vurub.

Milli.Az matc.az-a istinadən bildirir ki, bu barədə onun sonuncu klubu - Litva təmsilçisi "Jalgiris" məlumat yayıb.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, fevral ayında transfer olunan Nqoqun 31 yaşında futbolçu karyerasını tamamlaması onlar üçün də gözlənilməz olub. Amma Litva təmsilçisi fransalı forvardın qərarına hörmətlə yanaşdıqlarını bəyan edib.
 
Nqoq 2006-2008-ci illər aralığında PSJ-də, 2008-2011-ci illərdə isə "Liverpul"da forma geyinib. Bütövlükdə, karyerası ərzində 9 fərqli klubda 340 rəsmi oyuna çıxan fransalı futbolçu 74 qola sevinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.