Futbol üzrə Rusiya Premyer Liqasında 23-cü turun oyunları keçirilir.
Milli.Az matc.az-a istinadən bildirir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa" da koronavirus pandemiyasına görə yaranmış fasilədən sonrakı ilk oyununa çıxıb.
Sözügedən komanda doğma meydanda "Tambov"la qarşılaşıb. Başqırdıstan təmsilçisi rəqibini 2:1 hesablı məğlubiyyətlə yola salıb.
Azər də bu görüşün iştirakçısı olub. O, 67-ci dəqiqədə meydana buraxılıb.
"Ufa" 23 oyuna topladığı 30 xalla 16 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.
Milli.Az