İdman

"Şaxtyor" 13 qat Ukrayna çempionu oldu

21 İyun 2020 08:53
0 Şərh     Baxış: 1 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Donetsk şəhərini təmsil edən "Şaxtyor" futbol klubu ölkə çempionatının 27-ci turunun ev oyununda "Aleksandriya"nı 3:2 hesabı ilə məğlub edərək turnirdə qələbəni təmin edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Kiyevdə baş tutan matçda qolları Tayson (13-cü dəqiqədə, penaltidən), Tete (60, 78) vurub, qolları qonaqlar tərəfindən Yevgeni Banada (48), Maksim Tretyakov (51, penaltidən) vurublar.

Qələbə sayəsində "Şaxtyor" komandası "Dinamo Kiyev"i 19 xal qabaqlayıb.

Beləliklə, Donetsk klubu 13-cü dəfə və ardıcıl dördüncü dəfə Ukrayna çempionu olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.