İdman

Ronaldu haqda yeni iddia - 120 milyon avro...

16 İyun 2020 15:34
0 Şərh     Baxış: 3 273
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yuventus"un futbolçusu Kriştianu Ronaldu haqda yeni iddia yayılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,"Don Balon" nəşri "Çelsi"nin portuqaliyalı hücumçu ilə maraqlandığını yazıb. Bildirilib ki, London təmsilçisi 35 yaşlı oyunçu üçün 120 milyon avro ödəməyə hazırdır.

Xəbərdə "Çelsi"nin sahibi Roman Abramoviçin Ronaldunun agenti Jorje Mendeşlə arasındakı münasibətlərin yaxşı olduğu və bunun transferi asanlaşdıra biləcəyi vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl Ronaldunun baş məşqçisi Maurisio Sarri ilə yola getmədiyi və Turin təmsilçisini tərk edə xəbərləri yayılıb. Onun "Mançester Yunayted"ə qayıda biləcəyi iddia olunmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.