Bakının Nərimanov rayonunda baş verən partlayış nəticəsində xəsarət alan şəxslərin durumu barədə məlumat açıqlanıb.
Milli.Az-ın məlumatına görə hadisə dünən saat 09:00 radələrində Əhməd Rəcəbli küçəsində yerləşən obyektdə qeydə alınıb. Partlayış səbəbindən ümumilikdə 5 nəfər tibb müəssisəsinə hospitalizasiya edilib.
Məlumata görə, xəsarət alanlardan 1 nəfərə termiki yanıq diaqnozu qoyulub. Dörd nəfərdə isə bədənin müxtəlif nahiyələrinin müştərək travmaları aşkarlanıb. Onlara zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Termiki yanıq alan şəxs isə əlavə müayinələr aparılması üçün aidiyyəti üzrə digər tibb müəssisəsinə yönləndirilib.
Milli.Az





