İdman

Dördqat Almaniya çempionu müflis oldu

15 İyun 2020 19:10
0 Şərh     Baxış: 1 492
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın "Kayzerslautern" klubu tezliklə özünü müflis elan edəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,3-cü Bundesliqa təmsilçisinin 24 milyon avro borcu var. Bundan başqa, dördqat Almaniya çempionuna gələn mövsümün lisenziyası üçün  15 milyon avro lazımdır.

Klubun yaxın müddətdə müflisləşmə ilə bağlı ərizəsini verəcəyi bildirilib. Klub rəhbərliyinin xeyli vaxtdır sponsor axtarmasına baxmayaraq, müsbət nəticə əldə olunmayıb.

Qeyd edək ki, "Kayzerslautern" 4 dəfə Almaniya çempionluğu ilə yanaşı, 2 dəfə də ölkə kubokunu qazanıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.