İdman

İngiltərədə futbolçular üçün təhlükə: koronavirusa yoluxan futbolçu yoxlama oyununa çıxıbmış

14 İyun 2020 18:50
0 Şərh     Baxış: 1 047
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə Premyer Liqasında son testlərdə koronavirusa yoluxduğu aşkarlanan iki şəxsdən birinin futbolçu olduğu müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "Norviç" klubu oyunçusunun testinin müsbət nəticə verdiyini açıqlayıb.

Adı hələ də gizli saxlanılan bu futbolçu bir müddət əvvəl yoxlama oyununda da iştirak edib.

Koronavirusa yoluxan oyunçu "Tottenhem"lə bu həftə baş tutmuş görüşdə meydana çıxıb. Həmin futbolçu birhəftəlik izolyasiya olunacaq. Yalnız yeddi gündən sonra təkrar test verərək məşqlərə qayıda biləcək.

Qeyd edək ki, koronavirus pandemiyasına görə dayandırılan İngiltərə Premyer Liqası iyunun 17-də bərpa olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.