İdman

Bu gün İspaniya çempionatı bərpa olunur

11 İyun 2020 14:24
0 Şərh     Baxış: 1 341
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün İspaniyada koronavirus pandemiyası ilə əlaqədar yarımçıq qalmış futbol çempionatı bərpa olunur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, turnir Sevilya derbisi ilə start götürəcək. Bakı vaxtilə saat 00:00-da "Sevilya" və "Betis" klubları üz-üzə gələcək.

Qaydalara əsasən, çempionatın bütün matçları tamaşaçısız keçiriləcək.

Xatırladaq ki, İspaniya çempionatı martın 8-də 27-ci turdan sonra dayandırılmışdı.

Hazırda turnir cədvəlinə 58 xalla "Barselona" başçılıq edir, ikinci yerdə gedən "Real" (Madrid) ondan iki xal dala qalır. Bu həftə sonu "Barselona" səfərdə "Malyorka", "Real" isə doğma meydanda "Eybar"la qarşılaşacaq.

Çempionatın bitməsinə 11 tur qalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.