İdman

“Bavariya” Almaniya Kubokunun finalında "Bayer"lə qarşılaşacaq

11 İyun 2020 07:35
Baxış: 844
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya Futbol Kubokunun yarımfinal oyununda Münhen "Bavariya"sı 2:1 hesabı ilə Frankfurtun "Ayntraxt" komandasını məğlub etdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, qalib komanda tərəfindən qolları İvan Perişiç (14-cü dəqiqə) və Robert Levandovskiy (74-cü dəqiqə) vurublar. "Ayntraxt" klubundan fərqlənən isə Denni Da Kosta olub (70-ci dəqiqə).

Final matçda "Bavariya" leverkuzenli "Bayer" komandası ilə görüşəcək. Oyun 4 iyul tarixinə planlaşdırılıb.

Xatırladaq ki, "Bavariya" Almaniya Kubokunun 19 dəfə sahibi olub. "Ayntraxt" isə eyni kuboku 5 dəfə qazanıb.

Almaniya futbol çempionatı mayın 16-da koronavirus pandemiyası səbəbindən yaranan fasilədən sonra Avropanın beş aparıcı liqalarının birinci bərpa olunan turniri oldu. Bütün matçlar təhlükəsizlik tədbirlərinə uyğun olaraq - arenada 322 nəfərlik limit şərti ilə tamaşaçısız keçirilir. Komandalar oyun zamanı beş əvəzləmə hüququna malikdirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.