UEFA "Trabzonspor"u 1 il müddətinə avrokuboklardan kənarlaşdırıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, buna Türkiyə klununun maliyyə feyr-pley qaydalarını pozması səbəəb olub.
"Trabzonspor"un 2020/2021 və ya 2021/2022 mövsümlərindən birində UEFA-nın bayrağı altında keçirilən turnirlərə qatıla bilməyəcəyi vurğulanıb.
Qeyd edək ki, "Trabzonspor" hazırda superliqada 26 turdan sonra 53 xalla 1-ci pillədə qərarlaşıb.
Milli.Az