İdman

"Borussiya" "Şalke"ni məğlub edib

16 May 2020 20:59
0 Şərh     Baxış: 1 424
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya Futbol Çempionatının 26-cı turunda Dortmund "Borussiya"sı "Şalke"ni 4:0 hesabı ilə məğlub edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, tur koronavirus pandemiyasının səbəb olduğu iki aylıq fasilədən sonra ilk olub.

Liqada ilk qolun müəllifi 29-cu dəqiqədə fərqlənən norveçli "Borussiya"nın hücumçusu Erlinq Holand oldu. Həmçinin qolları Rafael Qerreyra (45, 63) və Torqan Azar (48) vurublar.

Almaniya çempionatı koronavirus pandemiyası dövründə yenidən başlayan beş aparıcı Avropa çempionatından birincisi idi, bütün matçlar tamaşaçısız və arena ərazisində 322 nəfərdən artıq olmamaq məhdudiyyəti ilə keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.