İdman

Danimarkada futbol çempionatının oyunları bərpa ediləcək

14 May 2020 08:28
0 Şərh     Baxış: 668
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus pandemiyası səbəbindən iki aydan çox davam edən fasilədən sonra mayın 28-də Danimarkada futbol çempionatının oyunları bərpa ediləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu həftə Danimarka iki aylıq davam edən karantindən sonra cəmiyyətin normal həyata qayıtmasının növbəti mərhələsinə qədəm qoyub. Yeni mərhələdə koronavirusla mübarizə məqsədilə qəbul olunan məhdudiyyətlərin zəifləməsi ilə yanaşı, Danimarka futbol klublarına oyunları bərpa etməyə imkan verib. Bununla birlikdə, Danimarka futbol çempionatının yeni mövsümü, hökumət qaydalarının tələb etdiyi kimi stadionlarda azarkeşlərin iştirakı olmadan davam etdirilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.