İdman

"Nə? Harada? Nə zaman?" oyunu üzrə ‘’OnlayNHN’’ layihəsinə start verir

13 May 2020 20:24
0 Şərh     Baxış: 967
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclərin İntellektual İnkişaf Mərkəzi və ''Xəzər İntellektual Gənclər Klubu''nun təşkilatçılığı ilə gənclər arasında ''Evdə qal, OnlayNHNə qoşul'' şüarı ilə "Nə? Harada? Nə zaman?" oyunu üzrə ''OnlayNHN'' layihəsinə start verir.

Milli.Az xəbər verir ki, layihənin məqsədi sosial izolyasiya və karantin günlərində intellektual oyun vərdişlərinin artırılması və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsidir. May-iyun aylarını əhatə edəcək layihə dörd turdan ibarət olacaq.

''Quantum'' platformasında keçiriləcək yarışlar üçün qeydiyyatdan keçərkən göstərilən mail ünvanlarına onlayn platforma haqqında videotəlimat, komanda kapitanı üçün cavabların qeyd edilməsi linki, login və parollar göndəriləcək.   Komandalar müzakirələri istənilən audio və videoformatlar üzrə müzakirə edə bilərlər.

Birinci tur üçün müraciətlər 16 may saat 21.00-a qədər mümkündür. Əlavə məlumatları "Xəzər İntellektual Gənclər Klubu" və "Xəmsə Milli İntellektual Oyunu"nun facebook səhifələrindən əldə etmək mümkündür.

https://www.facebook.com/groups/Xezer/

https://www.facebook.com/Xemseoyunu/

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.