İdman

"Liverpul" 19 yaşlı futbolçu alır

13 May 2020 19:59
0 Şərh     Baxış: 1 332
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Liverpul" "Zalsburq"un futbolçusu Dominik Soboslaini transfer etmək istəyir.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, "qırmızılar" 19 yaşlı yarımmüdafiəçini transfer dövründə heyətinə qatmaqda maraqlıdır.

Macarıstan millisinin üzvünün qiyməti 29 milyon avrodur. "Liverpul"la yanaşı, "Arsenal" və "Borussiya"nın da futbolçu ilə maraqlandığı bildirilir.

Qeyd edək ki, Soboslai 2018-ci ildən "Zalsburq"un əsas heyətində oynayır. O, cari mövsüm 17 matçda 2 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.