İdman

Koronavirus qorxusu: Ulduz futbolçular məşqlərə çıxmaq istəmirlər

13 May 2020 19:44
0 Şərh     Baxış: 1 236
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya hökuməti iyun ayının əvvəllərindən etibarən idman və mədəni tədbirlərin tamaşaçılarsız olmaq şərtilə keçirilməsinə icazə verib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasında çıxış edən klubların aparıcı futbolçuları qərarı xoş qarşılamayıblar.

Komandalar bazar ertəsi məşqlərə başlamalıdılar. Oyunçulardan bəziləri koronavirusa yoluxmaqdan qorxduqları üçün məşqlərə çıxmaq istəmədiklərini klub rəhbərliklərinə bildiriblər. Onlar vəziyyət tam düzələnə qədər gözləməli olduqlarını düşünürlər.
 
Qərar qəbul edilərkən fikirlərinin nəzərə alınmaması futbolçuları narahat edir. Onlara görə, təhlükəsizlik tədbirləri və sağlamlıq nəzarətinə kifayət qədər diqqət yetirilmir.

Daha öncə İPL rəhbərliyinin mövsümün erkən ləğvi ilə bağlı da tədbirlər planı hazırladığına dair xəbərlər yayılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.