İdman

Çempionlar Liqasının ən yaxşı hücumçuları - "TOP-10"

12 May 2020 10:31
2 Şərh     Baxış: 1 494
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

GiveMeSport portalı oynadığı matçların və vurulan qolların nisbətinə görə Çempionlar Liqası tarixinin ən yaxşı hücumçularının reytinqini dərc edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, siyahının ilk pilləsində "Barselona"nın kapitanı Lionel Messi qərarlaşıb. Argentinalı futbolçu Çempionlar Liqasında 141 oyun keçirib, ümumilikdə 114 qol vurub,  orta hesabla hər oyunda 0.81 qol vurub. İkinci pillədə "Mançester Yunayted" və "Real" in sabiq forvardı Rud Van Nistelrooy qərarlaşıb. İlk üçlüyü "Yuventus"un hücumçusu Kriştiano Ronaldo bağlayıb.

Çempionlar Liqasının ən yaxşı 10 hücumçusu

1. Lionel Messi ("Barselona") - 114 qol / 141 matç - hər oyunda 0.81 qol

2. Rud van Nistelroy ("Mançester Yunayted", "Real"ın sabiq hücumçusu) - 56/73 - 0.77

3. Kriştiano Ronaldo ("Yuventus") - 128/169 - 0.76

4. Robert Levandovski ("Bavariya") - 64/86 - 0.74

5. Neymar (PSJ) - 35/57 - 0.61

6. Filippo İnzagi ("Yuventus" və "Milan" ın sabiq oyunçusu) - 46/81 - 0.57

7. Edinson Kavani (PSJ) - 35/62 - 0.56

8. Serxio Aquero ("Mançester Siti") - 39/71 - 0.55

9. Kərim Benzema ("Real") - 64/119 - 0.54

10. Raul ("Real" ın sabiq oyunçusu) - 71/142 - 0.50

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.