"Atalanta"nın qolkiperi Marko Sportyello koronavirusdan tam sağalıb.
Milli.Az fanat az-a istinadən xəbər verir ki, bu barədə "Atalanta"nın mətbuat xidməti məlumat yayıb. Sportyello Berqamo klubunun heyətində koronavirusa yoluxan ilk oyunçu idi. Martın 20-də 27 yaşlı qapıçının testi müsbət çıxmışdı.
Sportyellonun ikinci analizi mənfi nəticə göstərsə də, üçüncü testin cavabı pozitiv olmuşdu.
İtaliyalı qolkiper cari mövsümdə 4 matçda meydana çıxıb və qapısında 6 qol görüb.
Milli.Az