İdman

Teymur Rəcəbov Millətlər Kubokunda mübarizəyə heç-heçə ilə başladı

5 May 2020 20:19
0 Şərh     Baxış: 1 000
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün şahmat üzrə onlayn Millətlər Kubokuna start verilib. Teymur Kubokda mübarizəyə heç-heçə ilə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun da yer aldığı dünya yığması birinci raundda Çin komandasına məğlub olub. Belə ki, dünya yığmasının heyətində mübarizə aparan T.Rəcəbov və FIDE-ni təmsil edən iranlı Əlirza Firuzca çinli rəqibləri ilə qarşılaşmanı heç-heçə başa vurublar. Komandanın digər üzvləri misirli Bassem Amin və ukraynalı Mariya Muzıçuk mübarizədən məğlub ayrılıblar.

Turun digər oyunlarında Avropa Rusiya, Hindistan ABŞ yığmaları ilə heç-heçə ediblər.

Qeyd edək ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.