İdman

Neymardan suriyalı uşağa məktub

4 May 2020 15:54
0 Şərh     Baxış: 1 183
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliya yığmasının və Fransanın PSJ klubunun hücumçusu Neymar, 8 yaşlı suriyalı əlil uşağın onun "Santos"dakı formasıyla çəkdiyi videoya cavab verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, braziliyalı hücumçu, sosial şəbəkə vasitəsiylə Hamisə mesaj göndərib. Neymar mesajında bunları qeyd edib:

"Salam, Hamis. Məni dəstəklədiyin üçün təşəkkürlər, qəlbim səninlə və ailənlədir. Tanrı sizi qorusun, hələlik".

Protez ayaqları olsa da, futboldan ayrıla bilmədiyini deyən Hamis, bir gün Neymarla tanış olmaq istəyir:

"Ümid edirəm ki, məktəbi bitirərəm və Neymarla tanış olaram. İnşallah, ailəm də buna kömək edəcək. Neymara çox təşəkkür edirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.