İdman

Bundesliqanın keçirilmə şərtləri müəyyənləşdi

3 May 2020 17:16
0 Şərh     Baxış: 994
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus pandemiyası səbəbiylə dayandırılan Almaniya Bundesliqasının bərpasından əvvəl ciddi tərdbirlər görüləcək.

Milli.Az matc-a istinadən xəbər verir ki, turnirin rəhbərliyi, futbolçuların və klub üzvlərinin sağlamlığını qorumaq üçün tədbirlər planı hazırlayır.

Bundesliqada çıxış edən bütün futbolçular çempionatın bərpasından bir neçə gün əvvəl koronavirus testindən keçiriləcək. Testi neqativ çıxan futbolçuların oyunlarda iştirakına icazə veriləcək. Pandemiyaya yoluxan futbolçular isə 14 gün karantində qalmalı olacaq.

Bundesliqada oyunlar həftədə iki dəfə, çərşənbə axşamı və şənbə günləri keçiriləcək. Sosial məsafəni qorumaq üçün komandalar stadiona üç ayrı avtobusda gələcək. Futbolçular meydana ayrı-ayrı çıxacaq və komandalar əllə salamlaşmayacaq. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.