İdman

İsveçrə - Azərbaycan oyununun yeni vaxtı açıqlandı

28 Aprel 2020 17:27
0 Şərh     Baxış: 834
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

21 yaşadək fubolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsindən təxirə salınan İsveçrə - Azərbaycan oyununun yeni vaxtı müəyyənləşib.

Milli.Az AFFA-nın saytına istinadən xəbər verir ki, AFFA ilə İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıqlı razılıq əsasında qarşılaşma bu il noyabrın 12-də keçiriləcək.

Oyunun stadionu və başlanma vaxtı barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, martın 26-ı keçirilməli olan görüş koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən vaxta təxirə salınmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.