İdman

"Messini tənqid edənləri başa düşmürəm" - Aquero

28 Aprel 2020 13:46
0 Şərh     Baxış: 1 148
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin hücumçusu Serxio Aquero Lionel Messi barəsində danışıb.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, o, həmyerlisinin milli komandada tənqid olunmasını düzgün hesab etməyib:

"İstənilən komanda həyatınızı çətinləşdirir. Milli komandada məğlub olduqdan sonra çox kədərlənirik. Dizimdə problem olmasına baxmayaraq, 2022-ci il dünya çempionatında oynaya bilərəm. Ancaq indi bütün düşüncələrimiz yalnız Amerika kubokuna cəmləşib. 

Messi ilə 2005-ci ildən bəri bir yerdəyik. Milli komandada oynadığına görə onu tənqid edənləri başa düşmürəm. O, hər zaman birincidir və həmişə ən yaxşısını etməyə çalışır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.