İdman

"Everton"dan "Real"ın üzvünə 4 illik təklif

28 Aprel 2020 12:46
0 Şərh     Baxış: 1 192
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real"ın yarımmüdafiəçisi Xames Rodrigez karyerasını İngiltərədə davam etdirə bilər.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, "Everton" futbolçunun xidmətində maraqlıdır.

Məlumata görə, Liverpul təmsilçisinin baş məşqçisi Karlo Ançelotti rəhbərlikdən kolumbiyalının transferini tələb edib. Vaxtı ilə Xameslə  "Real"da çalışan təcrübəli mütəxəssis onu heyətində görmək istəyir.

İngiltərə mətbuatı "Everton"un 28 yaşlı oyunçuya 4 illik müqavilə təklif etdiyini bildirib. Zinəddin Zidanın planlarına daxil olmayan Xamesin Premyer Liqada oynamağa müsbət yanaşdığı qeyd edilir.

Qeyd edək ki, "Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyonun da "Everton"a keçəcəyi yazılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.