İdman

“Vulverhempton” Renatı icarəyə göndərir

27 Aprel 2020 16:14
0 Şərh     Baxış: 873
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Vulverhempton" klubu hücumçusu Renat Dadaşovu yayda icarəyə verəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Raul Ximenes, Dioqu Jota, Pedru Netu kimi futbolçularla rəqabət aparmaq səviyyəsinə çatmaq üçün belə qərar qəbul edib.
 
20 yaşlı hücumçu başqa klubda inkişaf etdikdən sonra "canavarlar"a qayıdacaq.
 
Azərbaycan millisinin üzvü mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pasuş de Fereyra" klubunda keçirib. O, qış fasiləsində "Vulverhempton"a dönüb və U-23 komandasında çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.