İdman

"Qarabağ"ın ulduzu "FC 26 Football Ultimate Team"də yer aldı

13 Noyabr 2025 16:55
Baxış: 382
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qarabağ" klubunun futbolçusu Mateus Silva Çempionlar Liqasının son həftəsində göstərdiyi performansa görə "EA Sports FC 26" oyununda "Football Ultimate Team" rejimində "UEFA Prime Time" oyunçuları arasında yer alıb.

Milli.Az xəbər verir ki, bu barədə klubun rəsmi internet səhifəsində məlumat verilib.

Bu nominasiya turnirin ən parlaq çıxış edən futbolçularını bir araya gətirən xüsusi seçmə heyətdir.

Mateus Silva son qarşılaşmalardakı etibarlı oyunu və komandanın müdafiəsindəki rolu ilə diqqət çəkib.

Mövzu ilə bağlı "Qarabağ"ın rəsmi saytına açıqlama verən Mateus Silva bildirib ki, bütün bunlar komandanın birgə səyi nəticəsində baş verib:

"Ultimate Team"ə daxil edildiyim üçün çox xoşbəxtəm, bütün bunlar komandamızın gördüyü möhtəşəm işlər sayəsində mümkün olub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.