İdman

"Oğlumu "Lazio"ya göndərəcək qədər axmaq deyiləm”

26 Aprel 2020 14:03
0 Şərh     Baxış: 1 129
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Roma"nın sabiq hücumçusu Françesko Totti oğlu Kristianı "canavarlar"ın əzəli rəqibi sayılan Lazio-ya göndərəcəyinə dair suala münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Roma"nın indiki rəhbərliyindən narazı olduğu üçün klubdakı vəzifəsindən istefa verən, o vaxtdan bəri "sarı-qırmızılar"ın düşərgəsinə belə baş çəkməyən sabiq futbolçu, oğlunun "Lazio"ya keçmək ehtimalından danışıb.

Alessandro Del Pyero ilə birgə İnstagram-da canlı söhbət zamanı, o, bu məsələyə belə aydınlıq gətirib:

"Kristian "Lazio"ya getsə, buna qarşı olmayacağımı demişəm? Bu, doğru deyil. Mən, onun meneceri olacağım halda, "Yuventus", "Milan", "Lazio" kimi klublar məni arasa, cavab verəcəyimi söyləmişəm. Kristian da mənim kimidi. O da mənim kimi, başqa təkliflərə yox deyərdi. Oğlumu "Lazio"ya göndərəcək qədər axmaq deyiləm. Doğrudan da bunu edəcəyimi düşünürsüz?"

Qeyd edək ki, Tottinin böyük oğlu olan Kristian hazırda məhz "Roma"nın aşağı yaş qrupları üzrə komandalarında oynayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.