İdman

Braziliyalı futbolçu Neymarı tənqid etdi: "O, lider deyil"

25 Aprel 2020 14:09
0 Şərh     Baxış: 1 126
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Lion"un müdafiəçisi Rafael Pereyra da Silva həmyerlisi, PSJ-nin hücumçusu Neymarı tənqid edib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Rafael braziliyalı futbolçunun dəyişməli olduğunu bildirib:

"Təbii ki, Neymar Braziliya millisinə lazımdı. Bu, faktdı. Amma o, meydandan kənarda özünü inkişaf etdirməlidi. Bu, futbolçular üçün, həqiqətən də, vacib amildi. Ümid edirəm ki, Neymar bunu bacaracaq. Ondan sonra Braziliyanın dünya çempionu olmaq şansları əhəmiyyətli dərəcədə artacaq.

Məsələyə təkcə futbol nöqteyi-nəzərdən yanaşsaq, Neymar dünyanın ən yaxşı oyunçusudu. Amma o, lider deyil. Yaxşı oynamaq üçün qeyd etdiyim məsələlərin önəmli olmadığını düşünməyə davam edə bilər. Lakin bu heç də onun fikirləşdiyi kimi deyil. Futbol hər oyunçunun həyatında prioritet olmalıdı. Bu idman növü müxtəlif detallarla zəngindi.

Onunla birlikdə oynamışam və kənardan gələn məsləhətlərə qulaq asmadığını bilirəm. Bəziləri üçün xoş olmasa da, mən həqiqəti deyirəm. Neymar deyilənlərdən nəticə çıxarsa, Braziliyanı dayandırmaq çox çətin olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.