İdman

Millimizin futbolçusu braziliyalı hücumçuya formasını bağışladı - FOTO

22 Aprel 2020 18:24
0 Şərh     Baxış: 918
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan millisinin və BƏƏ-nin "Baniyas" klubunun futbolçusu Riçard Almeyda dostu Fernando Luiz de Sa Juniora formasını hədiyyə edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, ötən il noyabrın 16-da "Bakcell Arena"da keçirilən Azərbaycan - Uels (0:2) oyununda 90 dəqiqə geyindiyi formanı braziliyalı dostuna bağışlayıb.

Antalyada yaşayan 32 yaşlı keçmiş hücumçu Fernando Sa isə hədiyyənin fotosunu "Instagram"ın "Story" bölməsində paylaşaraq, bu sözləri yazıb:

"Bu gün fanatı olduğum dostumun hədiyyəsindən istifadə etmək günüdür".

Onun "Instagram" səhifəsində paylaşdığı fotoya isə Riçard Almeyda "alqışlar" işarəsi qoyub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.