İdman

Premyer Liqa klubunda maaşlar il sonuna qədər dayandırıldı

22 Aprel 2020 15:17
0 Şərh     Baxış: 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Şeffild Yunayted" klubu koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinliklərlə əlaqədar bəzi qərarlar qəbul edib.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisində futbolçuların və məşqçilərin maaşlarının bir hissəsi və bonus ödəmələri ilin sonuna kimi dondurulub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçu və məşqçi heyətinə təşəkkür edən klubun CEO-su Stefen Bettis, bunun sayəsində klubda çalışan digər şəxslərin maaş problemi ilə üzləşməyəcəyini diqqətə çatdırıb.

"Şeffild Yunayted" Premyer Liqada 28 oyuna topladığı 43 xalla 7-ci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.