İdman

Məşhur klubun stadionu koronavirusla mübarizə mərkəzinə çevrildi

16 Aprel 2020 14:19
0 Şərh     Baxış: 921
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tottenhem"in ev oyunlarını keçirdiyi stadion koronavirusla mübarizə mərkəzinə çevrilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə qeyd olunub ki, "Tottenhem Hotspur Arena"sında koronavirus testlərinin həyata keçirilməsinə başlanılıb. Yerli xəstəxanalardan birində yer çatışmazlığı olduğu üçün, "Tottenhem"in stadionundan istifadə etmək məcburiyyətində qalıblar.

London klubu stadionunun qapılarını koronavirusla mübarizə üçün açan ilk Premyer Liqa təmsilçisi olub. Arenada gündəlik azı 70 koronavirus testinin həyata keçiriləcəyi bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.