İdman

Ronaldo koronavirusla bağlı təklif etdi - Komanda yoldaşları razılaşdı

14 Aprel 2020 18:41
0 Şərh     Baxış: 1 030
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yuventus"un portuqaliyalı futbolçusu Kriştiano Ronaldo koronavirus səbəbindən maliyyə problemi yaşayan ölkəsinin aşağı liqa klublarına yardım etmək üçün kampaniya başladıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə onun millidəki komanda yoldaşı Bernardo Silva "İnstaqram"da canlı yayımda bildirib.

O deyib ki, 35 yaşlı hücumçu Avro-2020-yə vəsiqə qazandıqları üçün verilən mükafatın 50 faizini aşağı liqa klublarına paylanılmasını təklif edib: "Hamımız bunu qəbul etdik. Mükafatlarımızın 50 faizi Portuqaliyanını aşağı liqalarında mübarizə aparan klublar arasında bölüşdürüləcək. Ronaldo böyük bir lider olduğunu bu məsələdə də göstərdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.