İdman

"Həbibin Ferqyusonla yox, Qetji ilə döyüşməsini istəyirəm" - Nurməhəmmədovun məşqçisi

14 Aprel 2020 18:47
0 Şərh     Baxış: 1 423
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun məşqçisi Xavyer Mendes "YouTube"də izləyicilərin suallarını cavablandırıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Mendes Həbibin avqust-sentyabr aylarında oktaqona qayıdacağını bildirib. O, rus döyüşçünün Toni Ferqyusonla qarşılaşmasının əleyhinədi:

"Həbib növbəti döyüşünü avqustda və ya sentyabrda keçirə bilər. Avqust variantı alınsa, yəqin ki, turnir San-Fransiskoda olacaq. Sentyabra qalsa, döyüş Əbu-Dabidə keçirilə bilər.

Həbibin rəqibi kim olacaq? Mənim haqqım olsaydı, Castin Qetjini seçərdim. Çünki mən zəmanətli döyüş istəyirəm. Yalnız bu səbəbdən.

Qetji olmasa, Ferqyuson istisna, başqa biri də ola bilər. Düzü, qorxuram ki, Toni ilə döyüş yenə baş tutmasın. Döyüş 5 dəfə təxirə salınıb. UFC tarixində belə bir şey olmayıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.