İdman

"Arsenal" futbolçuları maaşlarının azaldılmasına razılıq verməyib

13 Aprel 2020 22:52
0 Şərh     Baxış: 1 130
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Arsenal" futbolçuları klubun koronavirus pandemiyası ilə əlaqədar anti-böhran proqramını qəbul etməyiblər.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Arsenal" rəhbərliyi komanda avrokuboklara düşməsə, oyunçulara birillik maaşlarının 12,5%-dən imtina etmələrini təklif edib. "Topçular" Avropa Liqasına vəsiqə qazanacağı təqdirdə azalmanın 7,5% olması nəzərdə tutulub. Çempionlar Liqasında iştirak halında isə məhdudiyyətlər aradan qalxmalı imiş.

Təklif barədə ilk olaraq "Arsenal"ın Peşəkar Futbolçular Assosiasiyasındakı təmsilçisi Ektor Belyerin məlumatlandırılıb. Ümumilikdə, oyunçular qəti şəkildə rədd cavabı veriblər. Onlar avrokuboklardan uzaq düşəcəkləri təqdirdə kəskin gəlir itkisi ilə üzləşəcəklərini düşünürlər. Çünki əksər futbolçuların maaşı bonuslardan asılıdı.

Premyer Liqada 28 turdan sonra aktivində 40 xalı olan "Arsenal" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.