İdman

"A Seriyası davam etsə, meydana çıxmayacağıq" - Klub prezidenti

13 Aprel 2020 23:04
0 Şərh     Baxış: 1 357
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın "Breşiya" klubunun prezidenti Massimo Çellino koronavirusa görə dayandırılan çempionatın davam etdiriləcəyi halda, meydana çıxmayacaqlarını deyib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, klub rəhbəri bu qərarla məsuliyyəti öz üzərinə götürəcəyini bildirib:

"Təkrar edirəm: davam qərarı verilsə, meydana çıxmayacağıq. Bu, təxribat deyil. Xallar itirməyə razı olacağıq. Bu vəziyyətdə bütün məsuliyyəti öz üzərimə götürəcəyəm. A Seriyasını tərk etməkdən qorxmuruq. Klubumuz belə halda müflis olmayacaq. Vəziyyətdən yararlanmaq istəyənlər var. Klaudio Lotito ("Latsio"nun prezidenti) çempionatın davam etdirilməsini istəyir? Onun səsini heç eşitmirəm. Sadəcə, layiq olan şəxslərə qulaq asıram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.