İdman

“Yuventus”dan 50 milyon avroluq təklif

13 Aprel 2020 10:46
0 Şərh     Baxış: 984
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın "Yuventus" klubu "Fiorentina"nın futbolçusu üçün hərəkətə keçir.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "qoca sinyora" "Fiorentina"nın yarımmüdafiəçisi Federiko Kyezanı heyətinə qatmaq niyyətindədir. Turin klubunun 22 yaşlı Kyeza üçün qarşı tərəfə 50 milyon avro təklif etdiyi bildirilir.

"Fiorentina" ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatacaq italiyalı futbolçu "Mançester Yunayted", PSJ, "İnter" kimi klubların da maraq dairəsindədir. O, cari mövsümdə iştirak etdiyi 26 oyunda 7 qolla yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.