İdman

Məhkumlar Ronaldinyoya görə ağlayıblar

10 Aprel 2020 09:58
0 Şərh     Baxış: 1 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya millisinin sabiq üzvü Ronaldinyo və qardaşı Asunsonyonedə həbsxanadan çıxmazdan əvvəl məhkumlarla vidalaşıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, məhkumlar Ronaldinyonun türmədən çıxacağını biləndən sonra onun üçün barbekyu təşkil ediblər. Əfsanəvi oyunçu ilə vidalaşan kamera yoldaşlarının göz yaşlarını saxlaya bilmədiyi qeyd olunub. Ronaldinyo Braziliyaya qayıtmazdan əvvəl onları ziyarət edəcəyinə söz verib.

Qeyd edək ki, Ronaldinyo həbsxanada olduğu müddətdə məhkum və işçilərlə futbol oynayıb.

Xatırladaq ki, Ronaldinyo və  qardaşı  1,6 milyon girov müqabilində türmədən çıxıb. Onlar ev həbsini Asunsyone şəhərindəki "Palmaroga" adlı 5 ulduzlu oteldə çəkir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.