İdman

"Real" 7 futbolçusunu satır

5 Aprel 2020 23:33
0 Şərh     Baxış: 2 232
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyasının yayılması səbəbindən maliyyə itkisi ilə üzləşən "Real" futbolçularının maaşını kəsmək istəmir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "kral klubu"nun rəhbərliyi bunun qarşısını almaq üçün müxtəlif yollar axtarır.

Madridlilər ən doğru addımı bir neçə oyunçunu satmaqda görür. "Real"ın prezidenti Florentino Peres iki oyunçunun - Qaret Beyl və Hames Rodrigesin satışı sayəsində büdcədəki balansı bərpa etmək niyyətindədir.

Həmçinin müdafiəçilər Xesus Valyexo, Alvaro Odriozola, yarımmüdafiəçilər Dani Sebalyos, Braim Dias və hücumçu Mariano Dias da mövsümün sonunda transferə çıxarılacaq. Bu oyunçuların satılması "Real"a maaşlarda 75 milyon avroluq qənaət etmək imkanı yaradacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.